DİM “Hərə bir qəhrəman oldu” layihəsi çərçivəsində şəhid övladlarına dəstək verəcək

DİM-in əməkdaşları oktyabr ayının 8-də Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) tərəfindən təşkil olunan “Hərə bir qəhrəman oldu” layihəsinin açılış tədbirində iştirak ediblər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, DİM-in əməkdaşları DOST Agentliyi tərəfindən 8 oktyabr 2021-ci il tarixində təşkil olunan “Hərə bir qəhrəman oldu” layihəsinin açılış tədbirində iştirak ediblər.

“Hərə bir qəhrəman oldu” layihəsi II Qarabağ müharibəsi şəhidlərinin 12-18 yaşlı övladlarına dəstək vermək məqsədilə hazırlanıb. Layihə çərçivəsində şəhid övladlarına mənəvi dəstəyin verilməsi, onların təhsilinə, gələcək karyerasının planlaşdırılmasına və inkişafına əməli yardımın göstərilməsi, eləcə də qeyd olunan fəaliyyətlərin səmərəli şəkildə əlaqələndirilməsi planlaşdırılır.

II Qarabağ müharibəsi şəhidlərinin övladlarının təhsilinə kömək göstərmək məqsədilə DİM-in Strateji inkişaf şöbəsinin əməkdaşları tədbirdə iştirak edən şəhid övladlarına anket təqdim edib və onların Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunan vəsaitlərə dair ehtiyac və istəkləri qeydə alınıb.

Sorğuda iştirak edənlər anket məlumatlarına əsasən müvafiq vəsaitlərlə təmin olunacaqlar.

Qeyd edək ki, layihənin cari ilin oktyabr ayından 2022-ci ilin oktyabr ayına kimi, 1 il müddətində həyata keçirilməsi nəzərdə tutulub. 

DİM bu müddət ərzində fəaliyyət istiqamətləri üzrə II Qarabağ müharibəsi şəhidlərinin övladlarına mənəvi dəstəyin verilməsi, onların təhsilinə, gələcək karyerasının planlaşdırılmasına və inkişafına kömək göstərməyə davam edəcəkdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma