Bakıda “İdris Koçovalı” obrazını yaratmış Ercan Kesalın imza günü olacaq

“Baku Book Center”-də tanınmış türk həkimi, aktyoru və yazıçısı, “İdris Koçovalı” obrazını yaratmış Ercan Kesalın imza günüdür.

TIME bildirir ki, Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təşkil edilən imza günü oktyabrın 9-da saat 18.00 “Baku Book Center”-də baş tutacaq.

Ercan Kesal türk aktyor, rejissor, yazıçı və həkimidir. Ercan Kesal 1984 -cü ildə Ege Universitetinin tibb fakültəsini bitirdi. Keskin Dövlət Xəstəxanasında, Balâ və ətrafındakı klinikalarda həkim olaraq çalışıb.

Aktyorluq karyerasına 2002 -ci ildə Nuri Bilge Ceylanın Uzak filmindəki rolu ilə başladı . Ercan Kesalın filmoqrafiyasına “Menajerimi Ara”, “Nasipse Adayız” , “Görülmüştür”, “Çukur”, “Cehennem”, “İçerde”, “Ben O Değilim”, “Hükümet Kadın 2”, “Üç Maymun” və  bir sıra digər filmlər daxildir. Ebru və Nuri Bilge Ceylanla birlikdə “Bir Zamanlar Anadoluda” filminin ssenarisini də yazıb . 2011 -ci ildə film Asiya Sakit Okean Ekran Mükafatında Ən Yaxşı Ssenari nominasiyasını alıb.

Aktyor karyerası ilə yanaşı “Peri Gazozu” (2013), “Nasipse Adayız” (2015), “Cin Aynası” (2016), “Bozkırda Bir Gece Yarısı” (2017) və “Aslında …” (2017) daxil olmaqla bir sıra kitablar nəşr edib.

Leave a Reply