Almaniya nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub

Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann və Almaniyanın Azərbaycandakı Səfirliyinin əməkdaşları Sumqayıt Kimya Sənaye Parkında olublar.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qonaqlara ölkəmizdə yaradılmış sənaye parkları, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və göstərilən xidmətlər barədə məlumat verilib, alman iş adamları fəal əməkdaşlığa, sənaye parklarına investisiya yatırmağa dəvət edilib. Nümayəndə heyəti “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzi barədə də məlumatlandırılıb.

Görüşdə sənaye parklarının və Peşə Təhsil Mərkəzinin fəaliyyətini əks etdirən təqdimat nümayiş etdirilib.

Sonra nümayəndə heyəti Peşə Təhsil Mərkəzi, həmçinin tələbələrin təcrübi dərslər keçdiyi Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC-nin Polad boru və Texniki avadanlıqlar zavodu ilə tanış olublar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma