200 nəfərə cins heyvandarlıq zərfi üzrə aktivlər təqdim ediləcək – QEYDİYYAT

“Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” layihəsinə start verildi. Layihə çərçivəsində 12 rayon üzrə 200 nəfərə cins heyvandarlıq zərfi üzrə aktivlər təqdim ediləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə dəstəyi ilə əhalinin məşğulluq imkanlarının genişləndirilməsi üçün cins heyvandarlıq istiqaməti üzrə yeni layihəyə start verilib. “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” adlanan layihənin əsas məqsədi işsiz şəxslər üçün gəlir gətirən yeni özünüməşğulluq sahələri üzrə kiçik bizneslərin yaradılmasına dəstək olmaqdır.

Layihə çərçivəsində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Bərdə, Ağdam, Ağcabədi, Füzuli və Samux rayonları üzrə ümumilikdə 200 nəfər vətəndaşa cins heyvandarlıq zərfi üzrə aktivlər təqdim ediləcək. Vətəndaşların seçim mərhələsinə artıq başlanılıb.

Seçiləcək iştirakçılara biznes təlimlər keçiriləcək və təlimi uğurla başa vuran şəxslərə məhsuldar damazlıq heyvan cinsləri (2 baş Simmental/Sviss cinsi) və avadanlıqlar (sağım aparatı, ilkin yem ehtiyatı, qaşov, yemqıran) təqdim olunacaq. Aktivlərlə təmin olunduqdan sonra isə iştirakçılara sahibkarlıq fəaliyyətinin inkişafı üçün mentor dəstəyi və satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi üçün köməklik göstəriləcək.

Qeyd edək ki, layihə “Kiçik və orta biznes subyektləri və klublarının Assosiasiyası”nın əməkdaşlığı ilə həyata keçirilir.

Layihə iştirakçılarına dair tələblər və qeydiyyat üçün aşağıdaki linkə daxil olmaq lazımdır: https://forms.gle/6KZ8wAwjBuNHddR6A

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma