Ünvanlı sosial yardımın məbləği 14%-dək artıb

2021-ci ilin sentyabr ayında orta hesabla 1 ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının (ÜDSY) məbləği artıb.

Trend-in verdiyi məlumata əsasən, Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, ÜDYS 234,6 manatdan 266,6 manata çatıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,6% artım deməkdir.

Qeyd edək ki, ünvanlı dövlət sosial yardımının təyinində ehtiyac meyarı əsas götürülür. Hər bir ailə üzvü üçün ehtiyacı meyarı 170 manatdır. Əgər ailədə 8 yaşından kiçik uşaq varsa, məşğulluq tələbi ana üçün tətbiq olunmur. Belə olduğu halda ata minimum əməkhaqqı, yəni 250 manat alırsa, o zaman ailənin ümumi ehtiyac meyarından bu məbləğ çıxılır və yerdə qalan məbləğ ünvanlı dövlət sosial yardımı şəklində verilir.

Leave a ReplyCancel reply