Rusiyadan idxal edilən toxumluq kartof yararsız çıxıb

Rusiya Federasiyasından ölkəmizə idxal edilən 40 ton toxumluq kartof istifadə üçün yararsız çıxıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

Həyata keçirilən nəzarət tədbirləri zamanı “ZE-DENT” MMC tərəfindən Rusiya Federasiyasından ölkəmizə idxal edilən 40 ton toxumluq kartof məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində yük partiyasından götürülən məhsul nümunələrində karantin tətbiq edilən zərərverici (“Clavibacter michiganensis subsp. sepedonicus” – Kartof  yumrularında halqavari çürümə) aşkar edilib. Agentlik tərəfindən toxumluq kartof məhsulu partiyası istifadəyə yararsız hesab olunduğu üçün məhsulun məhv edilməsi barədə qərar qəbul edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma