Kiber təhlükəsizliyin gorunması üçün nə edilməlidir? – VEBİNAR

#DEFSCOPE günümüzün daim inkişaf edən kiber təhdidləri haqqında məlumatlılığı artırmaq üçün “Oktyabr Kiber Təhlükəsizlik Maarifləndirmə Ayı” ərzində informasiya təhlükəsizliyi mövzusunda vebinarlar keçirəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu vebinarlar həm sizin, həm də təşkilatınızın kiber dayanıqlılığını və ümumi kiber təhlükəsizliyini gücləndirməyə kömək edəcək. Silsilə vebinarlardan ilki oktyabrın 8-i keçiriləcək.

Vebinarlar çərçivəsində “Təhlükəsizliklə bağlı Statistik Məlumatlar”, “Kiber təhlükəsizlik və İnformasiya təhlükəsizliyi nədir?”, “Kiber gigiyena nədir?”, “Online təhlükəsiz qalmaq üçün əsas kiber gigiyena vərdişləri” mövzusunda təqdimatlar keçiriləcək.

Qeydiyyat linki: https://cutt.ly/GECMXUu

Leave a Reply