Azərbaycan kinoindustriyasını maliyyələşdirən beynəlxalq platformalara qoşulur

Avropanın kinoya dəstək verən ən böyük maliyyə fondlarını bir araya toplayan platformada bu dəfə Azərbaycan da iştirak edəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 6-8 oktyabr 2021-ci il tarixlərində Yunanıstanın Afina şəhərində keçiriləcək tədbirdə Azərbaycanı Mədəniyyət Nazirliyinin “Audiovizual və interaktiv media” şöbəsinin rəhbəri Rüfət Həsənov  təmsil edəcək.

Mədəniyyət Nazirliyinin saytından əldə eydiyimiz məlumata görə, “10-cu MEDICI – Film Fondları səyahəti” adlı tədbirdə hər il audiovizual sahə üzrə Avropanın ən böyük maliyyə fondlarını bir araya toplanır.

Qeyd edək ki, audiovizual sektorun əsas problemlərinin müzakirə edildiyi bu məkanda yeni yanaşmalar təhlil edilir. 2021-ci ilin MEDICI görüşündə ictimai film maliyyəçilərinin post-pandemiya dövründə ortaya çıxan yaranmış problemlər və yeni yanaşmalar müzakirəyə çıxarılacaq.

Tədbirin spikerləri arasında Berlin Film Festivalının, Avropa Kino Akademiyasının, İsveç Film İnstitunun, Avropa Birliyinin Kino Fondunun (Eurimages) nümayəndələri var. Layihədə iştirakçıların layihələrinə 4 qrantın ayrılması nəzərdə tutulub.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma