Bu ay pensiyalar nə vaxt veriləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu oktyabr ayında pensiyaların veriləcəyi tarixi açıqlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, oktyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.

Leave a Reply Cancel reply