Azərbaycanda qeyri-neft sektorunda müşahidə olunan artımın davamlı olacağı proqnozlaşdırılır

Bu ilin əvvəlindən Azərbaycanın qeyri-neft ixracı 40 faiz artıb və bu artımın davamlı olacağı proqnozlaşdırılır.

TIME bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda konfransda çıxış edərkən qeyd edib.

Nazirin sözlərinə görə, koronavirus pandemiyası bütün dünya ölkələrinin iqtisadiyyatına, səhiyyə sisteminə və digər sahələrə mənfi təsir edib. Pandemiya Azərbaycana da təsirsiz ötüşməyib və bunun Azərbaycan iqtisadiyyatına mənfi təsirinin qarşısını almaq üçün dövlət tətəfindən zəruri tədbirlər görülüb.

M.Cabbarov bildirib ki, bu məqsədlə 2.7 milyard dollar dəyərində sosial və iqtisadi dəstək paketi tətbiq edilib.

Nazir qeyd edib ki, 2021-2022-ci illərdə Azərbaycan iqtisadiyyatının bərpa dövrü olacağı nəzərdə tutulur: “Bu il Azərbaycanda ÜDM 3.6 faiz artıb, qeyri-neft sahəsində artım daha çox olub. İlin əvvəlindən qeyri-neft ixracı 40 faiz artıb. Azərbaycanın iqtisadi artım proqnozlarına yenidən baxılaraq yüksəldilib”.

Nazirin sözlərinə əsasən, 2021-ci ilin sonuna qədər qeyri-neft sektorunun ixracında indiyə qədər müşahidə olunmayan 2,2 milyard dollardan artıq bir rəqəm proqnozlaşdırırıq.

O bildirib ki, cari ilin 8 ayı ərzində qeyri-neft sənayesi 18 faiz artıb.

“İqtisadi artım dinamikasını aktiv vergi ödəyicilərinin sayının artmasında da görürük. İlin 9 ayında vergi ödəyicilərinin sayı 5 faiz artıb. Həmçinin beynəlxalq maliyyə qurumları Azərbaycanın bu il və növbəti ildə iqtisadi artımla bağlı proqnozlarını yüksəldilib”.

M. Cabbarovun sözlərinə görə, son 10 ildə qeyri-neft sektoru milli iqtisadiyyatın başlıca artım və inkişaf amilinə çevrilib.

“Bu müddət ərzində qeyri-neft sektoru 48 faizdən 70 faizə qədər artıb. Bu sektorun inkişafına əlverişli olan sənaye zonalarında indiyədək bütün istehsalın həcmi 4,3 milyard manatdan çox, qoyulan investisiyanın həcmi isə 6,1 milyard manatdan çox olub. Bu dövr ərzindən birbaşa xarici investisiyaların həcmi 57 milyard dollar təşkil edib”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma