28 May – “Müstəqillik Günü” və 18 Oktyabr – “Müstəqilliyin Bərpası Günü” kimi qeyd ediləcək

Azərbaycanda 28 May – “Müstəqillik Günü” və 18 Oktyabr – “Müstəqilliyin Bərpası Günü” adlandırılaraq hər il bayram kimi qeyd ediləcək.

Trend-in verdiyi məlumata əsasən, bu məsələ “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.

İndiyə qədər Azərbaycanda 28 May Respublika Günü kimi qeyd edilirdi. Yeni qanun layihəsinə əsasən, 28 May Respublika Gününün adı dəyişdirilib və bundan sonra Müstəqillik Günü kimi qeyd ediləcək.

18 Oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu və bu gün rəsmi iş günü hesab olunur. Dəyişiklikdən sonra 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü adlandırılacaq.

Qanun layihəsində qeyd olunur ki, 2021-ci il oktyabnn 18-də Azarbaycan Respublikasinin müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildan sonra ilk dəfə bu bayramı tarn fərqli olaraq, öz arazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizda müstəsna əhəmiyyətli mərhələlərin xüsusən müstəqilliyin əlda edilməsi va bərpasi kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyuk önəm kasb edir.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma