Müəllimlər imtahan nəticələrini necə ala bilərlər?

Vətəndaşlara xidmət səviyyəsinin artırılması məqsədi ilə əvvəlki illərdə keçirilmiş müəllimlərin işə qəbulu üzrə test və diaqnostik qiymətləndirmə imtahanlarında iştirak etmiş şəxslərə portal.edu.az vasitəsi ilə imtahan nəticələri ilə bağlı məlumat əldə etmək imkanı yaradılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, əvvəlki illərdə imtahanlarda iştirak etmiş şəxslər qeyd olunan sayt vasitəsi ilə imtahan nəticələri barədə elektron arayış əldə edə bilərlər. Bunun üçün onlar portal.edu.az saytında qeydiyyatdan keçdikdən sonra “Arayış əldə etmək üçün müraciət” bölməsinə daxil olmalı və müvafiq seçimlər etdikdən sonra müraciətlərini tamamlamalıdırlar.

Proqram təminatı vasitəsi ilə bir neçə saniyədə təqdim olunan elektron arayışda imtahan iştirakçısının məlumatları, imtahanda iştirak ili, imtahan nəticəsi (ixtisas üzrə topladığı bal göstərilməklə) qeyd olunur.

Hər hansı bir səbəbdən ötən illərdəki imtahan nəticələrini əldə etmək istəyən şəxslər qeyd olunan formada müraciət edərək asanlıqla nəticələri barədə ətraflı məlumat əldə edə bilərlər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma