“Kardeşlər Marmaris” restoranında nöqsanlar aşkar edilib

“Kardeşlər Marmaris” restoranında plandankənar yoxlama nəticəsində qənnadı məmulatlarının istehsalı məhdudlaşdırılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları daxil olan məlumat əsasında Bakı şəhəri, Nəsimi rayonu, H. Əliyev küçəsi, ev 15 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Engin Akdemirə məxsus “Kardeşlər Marmaris” restoranında plandankənar yoxlama keçirib.

Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, yeyinti məhsullarının istehsalı, saxlanması və satışı zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

Belə ki, müəssisədə mal qonşuluğu prinsipinə, temperatur rejiminə əməl olunmadığı müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, həmçinin müəssisədə qənnadı məmulatlarının istehsalı məhdudlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma