Daha 7 kafedə koronavirusun profilaktikası qaydaları pozulub

Qaydaları pozan kafelərin əksəriyyəti Bakıda yerləşir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il oktyabrın 1-də ölkə üzrə 374 ictimai iaşə obyektində 645 monitorinq keçirilib. Monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva 251 ünvanında yerləşən, fiziki şəxs Məmmədov İlqar Sərvər oğluna məxsus kafe;
2. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ştq, Xocəsən yolu 57 ünvanında yerləşən, fiziki şəxs Əliyev İlqar Bəbir oğluna məxsus kafe;
3. Bakı şəhəri, Nizami rayonu, Ə.Əliyev 1 ünvanında yerləşən, fiziki şəxs Vəliyev Asif Nazim oğluna məxsus “Hicaz” restoranı;
4. Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi 49A ünvanında yerləşən, fiziki şəxs Məmmədov Ramal Rasim oğluna məxsus kafe;
5. Bərdə rayonu, Bakı küçəsində yerləşən, fiziki şəxs Əliyev Namiq Azay oğluna məxsus kafe;
6. Göygöl rayonu, H.Əliyev pr., 6 saylı trestin yanında yerləşən, fiziki şəxs Salmanov Səfər Vəliyəddin oğluna məxsus “Araz” kafesi;
7. Gəncə şəhəri, Cavadxan 2 ünvanında yerləşən, fiziki şəxs Ələsgərov Simur Müsahib oğluna məxsus “Kolorit” kafesi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Leave a Reply