Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ
Qərargahın qəbul etdiyi qərarına əsasən “CinemaPlus” kinoteatrlar şəbəkəsi oktyabrın 1-
dən fəaliyyətə başladı.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu əlamətdar tarixlə əlaqədar “Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrı sevimli tamaşaçıları xüsusi bir sürprizlə qarşılamaq qərarına gəldi və musiqi festivalı təşkil etdi. Kinoteatrın foyesi Helium Baku şarları ilə bəzədilib.
Tədbiri “Merry Band” peşəkar instrumental musiqi qrupu başladı. Musiqili müşayiətlə
Tatyana Dolivetsin başçılıq etdiyi film qəhramanları obrazlarında olan animatorlar,
əllərində kinoteatrın bayraqlarını və şarları saxlayaraq Ticarət Mərkəzində yürüş etdilər.
Bayram, məşhur film və cizgi filmlərindən mahnıları ifa edən “Avanqard” kamera
orkestri tərəfindən tamamlandı.
Foto və video çəkiliş “Light in Black” kreativ şirkəti tərəfindən aparılıb.
Qonaqlar və tamaşaçılar bayrama böyük məmnuniyyətlə qatılırdılar.
“CinemaPlus” öz ənənəsini pozmayaraq növbəti dəfə çox parlaq festival keçirmişdir.
Qeyd etmək istərdik ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsində oktyabr ayında ən
gözlənilən premyeralar olacaq: “Ölmək vaxtı deyil”, Venom 2, “Dyuna”, Addams Ailəsi
2, Halloween öldürür, Düzəlməz Ron.
“CinemaPlus” – yüksək görüntülü rəqəmsal proyeksiya sisteminə malik və 3D kontentini
nümayiş etmək imkanı olan kinoteatrlar şəbəkəsidir. Həmçinin, premium keyfiyyətli
kinoekranlar, böyük parlaqlıq və “Enchanced 4KBarco” dəqiq görüntü texnologiyası
sayəsində kinofilmləri ən yaxşı və ən yüksək keyfiyyətdə nümayiş etmək imkanı verir.
Bundan başqa “CinemaPlus” ilk dəfə Azərbaycanda Dolby Atmos dünya sistemini tətbiq
etmişdir. “CinemaPlus” kinoteatrlar şəbəkəsinə 10 kinoteatr, 50-dən çox ekran və 5 000-
dən çox oturacaq daxildir.