Biz işğal altındakı torpaqlarını azad etməyə çalışan Azərbaycana və onu dəstəkləyən Türkiyəyə yönəlmiş nifrəti heç vaxt unutmayacağıq.
TIME türk mətbuatına istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ölkə parlamentində çıxışı zamanı bu sözləri deyərək vurğulayıb ki, Türkiyə qardaşlığın, dostluğun, əməkdaşlığın qədrini bilən ölkədir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentində çıxışı zamanı yaxın həftələrdə azərbaycana səfər edəcəyini bildirib: “Yaxın həftələrdə azərbaycanlı qardaşlarımızla yenidən görüşəcəyik”.
R.T.Ərdoğan təxminən 30 il davam edən işğaldan sonra Azərbaycan torpaqlarının azadlığa qovuşduğunu xatırladıb: “Biz də azərbaycanlı qardaşlarımızın sevincinə ortaq olduq. İnşallah, önümüzdəki həftələrdə bir daha azərbaycanlı qardaşlarımızla görüşəcəyik. Biz işğal altındakı torpaqlarını azad etməyə çalışan bir ölkəyə və Türkiyəyə qarşı sərgilənən kinli yanaşmaları heç vaxt unutmayacağıq”.