Kitab bazarının yenilikləri

Azərbaycanın online kitab bazarında yeni nəşrlər təqdim edilib, bu kitablar arasında yerli yazıçıların əsərləri ilə yanaşı, oxucu rəğbətini qazanmış xarici yazarların əsərlərinin tərcümələri də var.

TIME bildirir ki, online kitab bazarına çıxarılan yeni Azərbaycan nəşrləri arasında aşağıdakı nəşrləri qeyd etmək olar:

Ay qonşu, bu evin yiyəsi hanı? Camal Yusifzadə

Kitabda 60-cı illər ədəbi nəslinə mənsub olan, öz poetik nəfəsilə seçilən şair Camal Yusifzadənin seçmə şeirləri toplanıb. O, yalnız sözü, poeziyası, şairliyi ilə deyil, həm də xarakteri, yaşam tərzi, insanlara münasibəti ilə dostlarının, onu tanıyanların sevimlisi olub. Ona görə də, şairin təkcə söz deyil, siması da dostlarını, oxucularını heyran qoyub, siması ilə də dostlarının, oxucularının ürəyini yerindən oynadıb.

Daşa toxunan könül Tofiq Abdin

Kitabda 60-cı illər ədəbi nəslinə mənsub olan, bənzərsiz publisist, yazıçı, şair Tofiq Abdinin seçmə şeirləri toplanıb. Tofiq Abdin təkcə yaradıcılığı ilə yox, həm də bütün həyatı, xarakteri və yaşam tərzi ilə “redaktəyə yatmayan” insan idi. Hərəkətləri, dəsti-xətti ilə fərqlənməyə can atmırdı, sadəcə belə düşünürdü, dünyanı belə qavrayır, insanları belə qəbul eləyirdi. Onun özünəməxsus poetik səsi, iddiasız nəsri, canlı publisistikası, peşəkar tərcümələri vardı.

Rəcəb Tayyib Ərdoğan Bioqrafiya

Türkiyə Respublikasının 12-ci prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan dünya siyasətinin böyük liderlərindəndir. Liderlərin isə həyatı həmişə sual və maraq doğurur. Bu kitabçada Rəcəb Tayyib Ərdoğanın həyat və fəaliyyəti haqqında ən maraqlı və bilinməyən faktlar toplanıb.
Məşhur türk liderin xarakter özəllikləri, hobbiləri, sevdiyi kitablar və s. barədə öz suallarınıza cavab tapa bilərsiniz. 

Bakının qurtuluşu. Qafqaz İslam ordusu Nəsiman Yaqublu

Kitabda XX əsr Azərbaycan Milli İstiqlal mübarizəsi tarixinin ən mühümhadisələrindən olan Bakının Qurtuluşu araşdırılıb.Müəllif kitabda tarixi sənədləri, yazıları, faktları toplayıb oxuculara çatdırmağaçalışıb. Eyni zamanda tanınmış Azərbaycan şairlərinin Qafqaz İslam Ordusuna,qəhrəman türk əsgərlərinə həsr etdiyi şeirlər də kitaba daxil edilib.

Qorxulu Tehran Mürtəza Müşfiq Kazımi

“Qorxulu Tehran” Fərrux və Mehin adlı iki gəncin bir-birinə olan sevgisi, bu sevgi uğrunda mübarizəsindən bəhs edir. Əsərdə XX əsr İran mühitində qadınların cəmiyyətdəki rolu, siyasi-iqtisadi durum, saraydaxili intriqalar, harınlamış şahzadələrin eyş-işrət dolu həyatı ən incə detallarına qədər təsvir edilib. “Qorxulu Tehran” İran ədəbiyyatında ilk sosial roman hesab olunur. Tezliklə təqdim ediləcək.

 Qara kitab Orhan Pamuk

“Qara kitab” romanı ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orhan Pamukun şah əsəridir…
Qalib uşaqlıq sevgisi, dostu, əmisi qızı, sevgilisi və itkin arvadı Röyanı qarlı bir qış günü İstanbulda axtarmağa başlayır. Uşaqlıq illərindən bəri yazılarını heyranlıqla oxuduğu yaxın qohumu, qəzetdə işləyən Cəlalın köşə yazıları bu axtarışda ona işarələr verəcək, yoldaşlıq edəcəkdir.

Dəmir yumruq dastanı  Zahid Xəlil

Uşaq ədəbiyyatı.

Xarici dildə təqdim edilmiş azərbaycan yazarlarının əsərləri və azərbaycan dilinə tərcümə edilmiş məhşur xarici yazıçıların kitabları yenilənmiş siyahısı isə aşağıda təqdim edilib.

Чайки над Каспием Нана

Художественная литература

Yanğı Jo Nesbo

Qatilin buraxdığl iz detektivi onun özünün qaranlıq keçmişinə aparır.

Beynəlxalq səviyyəli bestseller olan bu kitab dünya üzrə 50 milyondan çox nüsxə satılıb.

Azərbaycan dilinə tərcümə edilib.

Hər şey beyində başlar    Mümin Sekman

Kitabda beyinin işləmə mexanizmi və onun daha yaxşı işlətmək yolları haqda bəhs edilir. Adında da deyildiyi kimi insanın həyatında hər bir dəyişikliyin məhz onun beynində ki dəyişikliklərə və fikirlərə bağlı olduğu qeyd edilir.

                     

Leave a Reply