Ümumilikdə 70 müəssisədən Rusiyaya alma ixracına icazə verilib

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, həyata keçirilən birgə tədbirlərin nəticəsi və Agentliyin zəmanəti əsasında “Rosselxoznadzor” tərəfindən 2021-ci il 30 sentyabr tarixindən daha 5 alma istehsalı müəssisəsindən bu ölkəyə alma ixracına icazə verilib.

Qeyd edək ki, bu günə qədər Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən ümumilikdə 70 alma istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Rusiya Federasiyasına alma ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 153397 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 66924 ton alma məhsulunun 229 %-i həcmindədir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma