Koreya Respublikasında 2022-2023-cü tədris ili üzrə təqaüd proqramı

Koreya Respublikası  2022-2023-ci tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramını elan edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bakalavriat təhsil səviyyəsi üzrə elan olunan proqrama 25 yaşadək Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər.

Proqramda iştirak etmək istəyənlər 5 oktyabr 2021-ci il tarixinədək sənədlərini Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.

Təqaüd proqramı barədə ətraflı məlumatIa elan vasitəsilə tanış ola bilərsiniz.

Leave a Reply