BNA 157 nömrəli müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik edib – SXEM

Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişinlərin müraciətini nəzərə alaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksini Xocasən qəsəbəsi ilə əlaqələndirən 157 nömrəli müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik edib. 

 TIME rəsmi mənbəyə istinadən bildirir ki, dəyişikliyə əsasən marşrut üzrə avtobusların son dayanacaq məntəqəsi Xocasən qəsəbəsində şəhid ailələri və müharibə veteranları üçün inşa edilmiş yeni yaşayış kompleksi müəyyən edilib. 

Marşrutun fəaliyyəti qeyd edilən əraziyə 30 sentyabr tarixindən təmin ediləcək.

Leave a ReplyCancel reply