7 peşə ixtisası üzrə sertifikat əldə etmək imkanı təqdim edilib

Təhsil Nazirliyi 7 peşə ixtisası üzrə sertifikat əldə etmək imkanı təqdim edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Sənətin varsa, Sənədin olacaq” layihəsi çərçivəsində aşağıdakı ixtisaslar üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün sertifikat əldə etmək üçün şans yaradır:

  • Ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar;
  • Bərbər;
  • Aşpaz;
  • Avtomobil təmiri-çilingəri;
  • Mobil telefonların təmiri ustası;
  • Plastik boru qaynaqçısı;
  • Qənnadçı-Şirniyyatçı.

Qeyd olunan ixtisaslar üzrə müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə təlim keçmiş və ya usta yanında, özünütəhsil yolu ilə bilik və bacarıqlara yiyələnmiş vətəndaşlar həmin səriştələrin qiymətləndirilməsi və tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

İmtahanlardan uğurla keçən ərizəçilərə peşə ixtisasının müvafiq modulu üzrə bilik və bacarıqları təsdiq edən sənəd – sertifikat təqdim ediləcək. Ərizəçilər müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat əldə etmək üçün keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma