Vətən müharibəsinin ildönümü ilə bağlı Müdafiə Nazirliyi anım tədbirləri keçirib – VİDEO/FOTO

Ötən ilin 27 sentyabrından başlayan və Ordumuzun parlaq qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin ildönümü ilə bağlı anım tədbirləri keçirilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Anım Günü ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçənlərin xatirəsi yad edilib. Müdafiə Nazirliyi tərəfindən “Qəhrəmanlıq salnaməsi” adlı videoçarx hazırlanıb.

Şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-də Hərbi Qənimətlər Parkı ilə üzbəüz ərazidəki Bakı buxtasında Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin artilleriya qurğularından üç dəfə yaylım atəşi açılıb.

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən sentyabrın 27-də Vətən müharibəsinin ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliği, onların mənəvi-psixoloji və döyüş ruhunun daha da yüksəldilməsi məqsədilə silsilə tədbirlər keçirilir.
Plana əsasən nazirliyin rəhbərliyi və şəxsi heyət tərəfindən Fəxri xiyaban və Şəhidlər xiyabanları ziyarət olunur, Ulu Öndərin, eləcə də Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə güllər düzülərək xatirələri ehtiramla yad edilir, Dövlət himni ifa olunur.
Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün Vətən müharibəsinə həsr olunan sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdirilir.
Tədbirlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı şanlı qələbənin tarixi əhəmiyyəti, qalib Azərbaycan xalqının qələbədə rolu, döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələri haqqında ətraflı söhbətlər aparılır, şəhidlərimizin xatirələrinin yaddaşlarda əbədi yaşayacağından danışılır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma