Vətən Müharibəsində həlak olan rabitəçi şəhidlərə həsr edilmiş qısa film hazırlanıb – VİDEO

Əvvəlcə nazirliyin inzibati binasında şəhidlərin xatirəsinə həsr edilmiş guşənin qarşısına əklil qoyulub və ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarını fəda etmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sonra nazirlikdə Anım Günü – Milli Qürur Günümüzlə bağlı tədbir keçirilib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev çıxışında cənab Prezident İlham Əliyevin 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunmasına dair Sərəncamının şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisi olduğunu söyləyib.

Bildirilib ki, bir il öncə qəhrəman ordumuz düşmənin növbəti təxribatını dəf etmək məqsədilə Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücuma keçdi. Bu hücum düşmənin diz çökməsi və 30 ildir ki işğal altında saxlanılan torpaqlarımızın azad olunması ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı, Azərbaycan Ordusu Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. 

Heç bir qələbənin asanlıqla əldə olunmadığı, torpaqlarımızın düşmən işğalından Vətən övladlarının qanları, canları bahasına azad edildiyi diqqətə çatdırılıb. Vətən müharibəsində nazirliyin və qurumlarının 210 əməkdaşının iştirak etdiyi, onlardan 6-nın şəhidlik zirvəsinə ucaldığı da qeyd olunub. 

Tədbirdə, eyni zamanda cənab Prezident İlham Əliyevin şəhid ailələri ilə yanaşı, qazilərimizə göstərdiyi qayğı, onların reabilitasiyasına ayırdığı diqqət, eləcə də sosial məsələlərinin həlli istiqamətində apardığı işlər diqqətə çatdırılıb. 

Sonda Vətən müharibəsinə həsr edilmiş qısa film nümayiş etdirilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma