Sabah yağış və güclü külək gözlənilir

Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti haqqında xəbərdarlıq edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sentyabrın 28-dən oktyabrın 01-i gündüzədək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Sentyabrın 30-da şimal-şərq küləyi arabir 15-18 m/s-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 15-18° isti, gündüz 20-22° isti, Bakıda gecə 15-17° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Sentyabrın 28-i Azərbaycanın şimal və şərq rayonlarından başlayaraq oktyabrın 02-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şimal və şərq rayonlarında isə yağışın güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Havanın temperaturu gecə 10-15°  isti, gündüz 20-25° isti, dağlarda gecə 4-8° isti, gündüz  8-13° isti olacaq.

Leave a Reply