Ağdamda konsert təşkil olunub

Üzeyir Hacıbəyli adına XIII Beynəlxalq Musiqi Festivalının 6-cı günü Dövlət Rəqs Ansamblı ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin iştirakı ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində konsert keçirildi. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Ağdam Muğam Mərkəzində baş tutan tədbirdə Ağdam rayon İcra hakimiyyətinin başçısı Vaqif Həsənov, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov, Mədəniyyət Nazirliyinin Musiqi sektorunun müdiri Vüqar  Hümbətov, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar müəllim Xatirə Həsənzadə iştirak edərək, Azərbaycan musiqi mədəniyyətinin dahi simalarından olan, klassik musiqi və bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin həyat və yaradıcılıq yolundan, musiqi mədəniyyəti tariximizə verdiyi əvəzsiz töhfələrdən söz açdılar.

Təntənəli konsert proqramı milli-xalq və bəstəkarlarımızın əsərlərindən ibarət rəngarəng ifalarla yadda qaldı. 

Konsertin iştirakçıları  Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (baletmeyster Əməkdar artist Ceyhun Qubadov) və baş dirijor, respublikanın Xalq artisti Ağaverdi  Paşayevin idarə etdiyi Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri idi. Milli musiqimizin “Uzundərə”, “Naz eləmə”, “Yallı” xalq rəqsləri, “Qarabağ şikəstəsi”, “Evləri var xana-xana” xalq mahnısı kimi inciləri ilə yanaşı, klassik bəstəkarlarımızın müxtəlif janrlı əsərlərinin xalq çalğı alətləri orkestri üçün işləmələri, eləcə də ənənəvi musiqi sənət nümunələri ifa edildi. Ü.Hacıbəylinin “Cəngi” miniatürü, “Bayram süitası”, “Leyli və Məcnun” operasından kompozisiya, “Arşın mal alan” musiqili komediyasından Vəli ilə Tellinin dueti, Müslüm Maqomayevin, Niyazinin, F.Əmirovun, Vasif Adıgözəlovun, Cahangir Cahangirovun, Süleyman Ələsgərovun əsərlərini tamaşaçılar zövqlə izlədilər. 

Tanınmış  solist ifaçılar və  xanəndələr  İlkin Əhmədov, Rəvanə Əmiraslanlı, Almaz  Orucova, Fəxri Kazım Nicat, klassik müğənnilərdən soprano Nərgiz Kərimova, tenor Taleh Yəhyayev və başqaları mahir ifaları alqışla qarşılandı.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma