Yuxarı ətrafları amputasiya olunmuş qazilər üçün son nəsil protezlər gətirilib

Yaxın günlərdə onların da həmin protezlərlə təminatına başlanacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də yaxın günlərdə yüksək texnologiyalı protezlərlə təminatına başlanacaq. Bu məqsədlə İslandiyanın ÖSSUR şirkətinin istehsalı olan son nəsil protezlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gətirilib.

İlkin mərhələdə Mərkəzdə Vətən müharibəsində yuxarı ətraflarını itirmiş 10 qazi, ümumilikdə isə 29 qazi  yüksək texnologiyalı protezlərlə təmin ediləcək.   Bunun üçün ÖSSUR şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri ilə birgə həmin qazilərdən müvafiq ölçülər götürülüb.

Protez-ortopedik sənaye sahəsində ən qabaqcıl texnologiyaya malik olan şirkət yuxarı ətrafları amputasiya olunmuş insanlar üçün yüksək funksionallıq və proqram təminatı ilə fərqlənən ən müasir bionik protezlərin istehsalını həyata keçirir. ÖSSUR Touch Bionics protezlərinin xüsusi proqram təminatı istifadəçinin sosial həyata daha tez və rahat inteqrasiyasına imkan yaradır. ÖSSUR i-Limb Ultra bioelektrik  əl darağının 18 fərqli tutma variantı mövcuddur, komplektə istifadəçinin seçiminə uyğun fərqli rəng və ölçülərə malik 6 silikon əlcək da daxildir.

  Bundan əvvəl isə qazilərimizin 2020-ci ilin dekabr ayından yüksək texnologiyalı elektron protezlərlə təminatına başlanıb. Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə aşağı ətraflarını itirmiş 142 hərbçi son nəsil protezlə təmin edilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma