Edvard Snouden istifadəçiləri ExpressVPN xidmətindən istifadə etməməyə çağırıb

 ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı  Edvard  Snouden  ExpressVPN  xidmətinin istifadəçilərinə xəbərdarlıq edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, belə ki, o, bu xidmətdən istifadədən imtina etməyi tövsiyyə edib. Bunun üçün ciddi səbəblər var. Snouden-in bu xidmət barəsində hansısa ciddi məlumatlara sahib olub-olmadığı məlum deyil. O sadəcə olaraq öz Twitter hesabında bu cür yazını paylaşıb: “Əgər siz, ExpressVPN xidmətindən istifadə edirsinizsə, tez zamanda bu xidmətdən itmina etməlisiniz”.

Snouden-in bu tvitinə xüsusi paylaşım əlavə edilib. Həmin paylaşımda qeyd edilib ki, ExpressVPN xidmətinin informasiya xidmətinin rəhbəri olan Daniel Gericke vaxtı ikən Project Raven adlı layihədə iştirak edib.

 Bu layihə çərçivəsində isə Birləşmiş Ərəb Əmirliklərinin xüsusi dövlət orqanları üçün casusluq fəaliyyəti icra edən proqram təminatları yaradılıb. Daniel Gericke ABŞ-ın Ədliyyə Nazirliyi tərəfindən müxtəlif casusluq əməliyyatlarında günahlandırılan və məsuliyyətə cəlb edilmiş 3 keçmiş əməkdaşdan biridir. Həmin şəxslər bir vaxtlar ABŞ-ın müxtəlif kəşfiyyat xidmətlərində çalışıblar. Nəticədə bu 3 şəxs istintaqa yardım etməyə razı olublar və ümumilikdə 1 milyon dollardan bir qədər çox cərimə ödəyiblər. Güman olunur ki, 3 nəfərdən ibarət bu komanda Birləşmiş Ərəb Əmirlikləri üçün hacker qismində çalışıb.

 Onlar istifadəçilərin (Birləşmiş Ərəb Əmirlikləri rejiminin sərt tənqidçiləri) xəbərləri olmadan onların cihazlarından lazımi məlumatları yığmağa imkan verən proqram təminatlarının yaradılmasında yardımçı olublar. Daniel Gericke 2019-cu ildə ExpressVPN-də işə başlamışdı. Lakin şirkət onun keçmişindən xəbərdar idi. Buna baxmayaraq şirkət öz əməkdaşını qorumaq qərarına gəlib və bildirib ki, Gericke-nin işi terrorçuluq ilə mübarizəni əhatə edirdi və ExpressVPN xidməti Project Raven layihəsində ümumiyyətlə iştirak etməyib. 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma