İki bank Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı fərman və sərəncamına əsasən müvafiq olaraq “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti və “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildilər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sənədlərə əsasən Azərbaycan İnvestisiya Holdinqi beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin yekunlarının diaqnostikasının aparılmasını dörd ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Diaqnostika başa çatdıqdan sonra, Azərbaycan İnvestisiya Holdinqi onun nəticəsindən asılı olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir və sənədlərdən irəli gələn digər məsələləri həll etməlidir.

Müəyyən edilsin ki, qeyd edilən qərarlar icra olunanadək “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin idarəetmə orqanları fəaliyyətini davam etdirəcəklər. Azərbaycan Respublikasının Nazirlər Kabineti sənəddən irəli gələn məsələləri həll etmək tapşırılıb.

“Azərbaycan Beynəlxalq Bankı” ilə bağlı ətraflı məlumatla burada tanış ola bilərsiniz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma