AİB Azərbaycanda inflyasiya ilə bağlı proqnozunu açıqladı

Asiya İnkişaf Bankı (AİB) bu il Azərbaycanda inflyasiyanı 4,5 faiz səviyyəsində proqnozlaşdırır.

Trend-in AİB-in “Asian Development Outlook-2021” hesabatına istinadən verdiyi məlumata əsasən, bu aprel ayındakı proqnozla müqayisədə 1 faiz çoxdur.

Eyni zamanda, proqnozlara əsasən, 2022-ci ildə ölkədə inflyasiya 3 faiz ətrafında olacaq.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda inflyasiya 2,8 faiz təşkil etmişdi.

Leave a Reply