“Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin təkrar yayımına başlanılır – VİDEO 

Təhsil Nazirliyi tərəfindən “Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin təkrar yayımına start verilir. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sentyabrın 22-dən I-IV, 29-dan isə V-XI siniflər üçün çəkilmiş teledərslərin təkrar yayımına başlanılacaq. Dərslər həftənin 5 günü saat 10:00-dan 18:00-dək “Dərs vaxtı”nın rəsmi feysbuk səhifəsi üzərindən, eləcə də Təhsil Nazirliyinin rəsmi yutub kanalı vasitəsilə yayımlanacaq. 

Qeyd edək ki, Təhsil Nazirliyi teledərslərin şagirdlərə məktəbdə öyrəndiklərin daha yaxşı mənimsəməyə imkan verçək üçün yayımlandığını vurğulayıb.

Leave a ReplyCancel reply