Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlər artıq “DOST” mərkəzlərində baxılacaq

Prezident İlham Əliyev “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sənədə əsasən “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsi” üzrə təsdiq edilmiş Agentliyin vəzifələri və hüquqlarına, eləcə də xidmətlər siyahısına dəyişiklik edilib.

Dəyişikliyə görə, övladlığagötürməni əsaslandırmaq və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy vermək, bu sahədə nəzarəti həyata keçirmək, habelə övladlığagötürmənin ləğvini tələb etmək Agentliyin vəzifələri və hüquqlarına şamil edilməyəcək.

Agentlik “DOST” mərkəzlərində göstərilən xidmətlərlə əlaqədar monitorinqlər aparacaq.

Bundan başqa fərmana əsasən “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”na əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi, mediasiya xidmətlərinin təşkili” də daxil edilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma