Azərbaycan idmançıları beynəlxalq yarışda 8 medal qazanıblar

Azərbaycan idmançıları sərbəst güləş yarışlarında 8 medal əldə ediblər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Dünya Məktəblilərinin İdman Oyunlarına yekun vurulub. Karate, cüdo və taekvondoçu məktəblilərimizin ardınca, güləşçi yeniyetmələrimiz də Vətənə uğurla qayıdıblar. 

Sentyabrın 17-də keçirilən sərbəst güləş yarışlarında məktəblilərimiz 8 medal əldə ediblər. Onlardan Sadiq Hüseynov (44 kq) və Camal Abbasov (52 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Elton Məmmədov (38 kq), Elgün Məmmədov (44 kq), Rəvan Rəhimli (48 kq) və İsmayıl Əsədli (85 kq) isə finaladək yüksəlməklə gümüş medala layiq görülüblər. Daha iki güləşçimiz – İsa Yusifov (44 kq) və Abdulla İbrahimov (75 kq) isə bürünc medalçılar sırasında yer alıblar.

Məktəblilərimizi bu uğurları münasibətilə təbrik edir, onlara növbəti yarışlarda yeni qələbələr arzulayırıq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma