Serbiya Azərbaycanla sağlamlıq turizmi sahəsində əməkdaşlığa maraq göstərir

Sentyabrın 17-də iki ölkə arasında yeni əməkdaşlıq imkanları və turizm əlaqələrinin genişləndirilməsi Azərbaycan Turizm Bürosu və Serbiya Milli Turizm Təşkilatı arasında keçirilən onlayn görüşdə müzakirə olunub. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, görüşdə çıxış edən ATB-nin Baş icraçı direktoru Florian Zenqstşmid pandemiya dövründə həyata keçirilmiş layihələr haqqında məlumat verib. Florian Zenqstşmid Serbiya ilə turizm əlaqələrinin inkişafının turist səfərlərinin artması ilə yanaşı, qarşılıqlı təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarının da genişlənməsinə öz töhfəsini verdiyini söyləyib.

O qeyd edib ki, Serbiya epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edilməsi ilə əlaqədar səfər məhdudiyyətlərinin aradan qaldırıldığı 42 ölkədən biridir. Serbiyanın Milli Turizm Təşkilatının Baş icraçı direktoru Mariya Laboviç pandemiya səbəbindən Serbiya turizmi üçün ən uğurlu illərdən biri olan 2019-cu illə müqayisədə hazırda durğunluq dövrü yaşandığını bildirib.

O, postpandemiya dövründə əməkdaşlığın davamı olaraq viza prosedurlarının asanlaşdırılması və birbaşa aviauçuşların təmin edilməsinin qarşılıqlı səfərlərin artma dinamikasına müsbət təsir göstərəcək əsas amillərdən olduğunu vurğulayıb. 

Görüşdə tərəflər arasında beynəlxlaq tanıtım platformalarında birgə fəaliyyət, marketinq sahəsində məlumat və təcrübə mübadiləsinin aparılması, sağlamlıq turizmi üzrə birgə layihələrin həyata keçirilməsi, regional və beynəlxalq səviyyəli işgüzar tədbirlərə ev sahibliyi etmək üzrə əməkdaşlıq kimi məsələlər haqqında fikir mübadiləsi aparılıb. Görüş çərçivəsində, həmçinin Avropa Mədəni Marşrutlar İnstitutu üzrə sənaye irsi və yəhudi irsi kimi ortaq turizm marşrutlarının birlikdə təqdim edilməsi barəsində müzakirələr aparılıb. 

Qeyd edək ki, sentyabrın 8-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Serbiya Respublikasının Azərbaycandakı səfiri Draqan Vladisavlyeviç arasında keçirilən görüşün davamı olaraq müvafiq strukturlara əməkdaşlıq imkanlarının araşdırılması haqqında tapşırıq verilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma