Keçidlərdə maska taxmayanlar cərimələnir

Yeraltı və yolüstü keçidlərdə maska taxmayanlar cərimə edilir.

Trend-in Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevə istinadən verdiyi məlumata əsasən, yeraltı və yolüstü keçidlər qapalı məkan hesab olunduğu üçün hərəkət iştirakçıları tibbi maskadan istifadə etməlidirlər: “Qapalı məkanlarda tibbi maskadan istifadə etmə məcburiyyəti var. Bu, qanunla tənzimlənir. Bu qayda və normalara əməl etməyən şəxslər ərazidə xidmətə cəlb olunan polis əməkdaşları tərəfindən aşkar olunduqda, barələrində inzibati tənbeh tədbiri tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, yəni epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat, vəzifəli şəxslər üç yüz manat, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma