Türkiyə ilə Azərbaycan mədəni irsin bərpası üzrə layihələr reallaşdıracaqlar

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı üzrə yeni koordinatoru Fatih Yılmaz ilə görüşüb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, görüşdə Azad Cəfərli Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əlaqələrin daim inkişaf etdiyini vurğulayıb. İki qardaş ölkə arasında mədəni irsin qorunması, tarixi abidələrin bərpası istiqamətində də münasibətlərin inkişaf edərək genişlənməsindən məmnunluğunu  ifadə edib.

Fatih Yılmaz səmimi qəbula görə təşəkkür edərək, mədəni irsin və tarixi abidələrin bərpası ilə bağlı TİKA-nın bundan sonra da ölkəmizlə birgə layihələrinin, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində işlərin davam etdiriləcəyinə əminliyini vurğulayıb.

Görüş zamanı TİKA tərəfindən Azərbaycanda mədəni irsin bərpası sahəsində müxtəlif təlim və layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. İki ölkə arasında mədəni irs sahəsində əlaqələrin gələcək inkişafı, təcrübə mübadiləsi, mədəni irsin mühafizəsi, tarixi abidələrin bərpa və konservasiyası sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma