“Tibbi kosmetologiya” mövzusunda hazırlıq kursları keçiriləcək

Azərbaycan Səhiyyə Nazirliyinin Ə. Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Rusiya Diplomdansonrakı Tibb Akademiyası ilə birgə ilk dəfə olaraq “Tibbi kosmetologiya” ixtisası üzrə “Tibbi kosmetologiya” mövzusunda yenidən hazırlıq kursları keçirəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, kursların 6 aylıq ödənişli əsaslarla 29 sentyabr 2021-ci il 14 mart 2022-ci il tarixlərdə keçiriləcək.

Kursların keçirilməsində məqsəd “Tibbi kosmetologiya” ixtisası üzrə fəaliyyət göstərən həkimlərin təhsil və peşə ehtiyaclarının ödənilməsi, bilik, bacarıq və təcrübi vərdişlərinin mənimsənilməsinin və müasir standartlara uyğunluğunun təmin olunmasıdır.Tibbi kosmetologiya kursuna müalicə işi üzrə baza ali təhsilli şəxslər yazıla bilərlər.

Kursları müvəffəqiyyətlə bitirmiş şəxslərə ilk dəfə olaraq ixtisasa buraxılışı təsdiqləyən müvafiq dövlət sənədi təqdim olunacaq.

Müraciət edənlər aşağıda qeyd olunan sənədləri Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Tədris hissəsinə təqdim etməlidirlər (əlaqə nömrəsi: 012-565-04-28, e-mail adhti.tedris@gmail.com)

  • Diplom (əsli və surəti)
  • İnternatura (əsli və surəti)
  • Əmək kitabçası (əsli və surəti)
  • Şəxsiyyət vəsiqəsi (əsli və surəti)

Leave a Reply