“Premium” və “Super” benzin növlərinin qiyməti artıb

Azərbaycanda AI-95 (“Premium”) və AI-98 (“Super”) benzinlərinin qiyməti 1,45 və 1,6 manatdan müvafiq olaraq 1,6 və 1,9 manata qalxıb.

Trend-in SOCAR PETROLEUM-un mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyliyə istinadən verdiyi məlumata əsasən, idxal olunan ölkədə qiymət artımı ilə əlaqədar olaraq ölkəmizə idxal olunan “A-98 SUPER” və “A-95 PREMİUM” yanacaq növlərinin qiymətində bahalaşma baş verib.

Sentyabr ayının 15-dən etibarən “A-98 SUPER” və “A-95 PREMİUM”markalı yanacaq növlərinin qiymətində artım baş verib. Beləliklə, “A-98” 1.90 manata, “A-95” isə 1.60 manat satışı həyata keçirilir.

Qeyd edək ki, Aİ-92 markalı benzinin pərakəndə satış qiyməti hər litrə müvafiq olaraq 1 manat, dizelin qiyməti isə 0,80 manat təşkil edir.

Leave a Reply