Gənc cüdoçularımız Vətənə medallarla dönüblər – FOTO

Serbiya paytaxtı Belqradda keçirilən Məktəblilərin Dünya İdman Oyunlarında cüdoçularımız 3 medal qazanıblar.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Həsən Qurbanlı (34 kq), Əhməd Rüstəmov (46 kq), Hüseyn Eyvazlı (66 kq) bürünc medala layiq görülüblər.

Digər cüdoçu-məktəblilərimiz Adil Teymurov (38 kq), Səid Hüseynzadə (50 kq), Rihat Mustafazadə (55 kq), Əli Qazıməmmədov (60 kq) və Rihad Həsənov (66 kq) isə yarışı 5-ci yerdə başa vurublar.

Leave a Reply