Bakının bolşevik-daşnak qüvvələrinin işğalından azad edilməsinin 103-cü il dönümü ilə bağlı yürüş keçirilib – FOTO

Bu gün Bakıda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyəti, tanınmış ictimai xadimlər və media nümayəndələri iştirakı ilə yürüş keçirilib.

TIME bildirir ki, yürüş Qafqaz İslam Ordusu tərəfindən Bakının azad olunmasının 103-cü ildönümü ilə əlaqədar keçirilib.

1 / 6

Azərbaycan üçün önəmli tarixi hadisə ilə bağlı yürüş iki istiqamətdə baş tutub: Şəhidlər Xiyabanından və 28 may küçəsindəki Səməd Vurğun bağından başlanılıb.

Şəhidlər Xiyabanından başlayan yürüş Türk Şəhidliyi abidəsinin önü, İçəri Şəhər metrosu, İqtisadiyyat Universitetinin binası, Qala qapısı, Azneft dairəsindən keçməklə Bəhram Gur heykəlinin qarşısında başa çatıb. İkinci yürüş isə S.Vurğun bağı, 28 may küçəsi, Bülbül prospekti və Neftçilər prospektindən keçməklə Azadlıq meydanında yekunlaşıb.

Xatırladaq ki, 15 sentyabr 1918-ci ildən tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad edib. Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyətə malik hadisədir.

Yürüşün keçirilməsi ilə bağlı olaraq qeyd edilən paytaxt küçələrində nəqliyyatın fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırlıb.

Analoji yürüşlər Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində də hərbi qulluqçuların yürüşləri təşkil edilib.

Leave a ReplyCancel reply