Valideynlər hansı hallarda övladlarını məktəbə göndərməyə bilər?

Azərbaycanda valideynlər iki halda övladlarını məktəbə göndərməyə bilərlər.

Trend-in verdiyi məlumata əsasən, təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, birinci hal yoluxma sayının yüksək olduğu zonaya görə olacaq.

Onun sözlərinə görə, həmin zonada yaşayan valideynlər ərizə yazaraq övladını məktəbə göndərməyə bilər:

“İkinci halda isə evlərində koronavirus xəstəsi olan, yaxud hər hansı respirator virus infeksiyası olan valideynlər övladını məktəbə göndərməməlidir. Eləcə də xəstəlik barədə məktəb rəhbərliyinə məlumat verməlidir”.

Qeyd edək ki, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq.

Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma