AQTA hansı bioloji fəallığa malik qida əlavələrinə qadağa qoyub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sentyabr ayında keçirdiyi yoxlamalar nəticəsində 4 bioloji fəallığa malik qida əlavəsinin isə sertifikatlaşdırılmasından imtina edilib.

AQTA-dan TIME sorğusuna cavab olaraq bildirilib ki, bioloji fəallığa malik qida əlavələrinin idxalı ilə məşğul olan sahibkarlıq subyektlərinin bu sahədəki fəaliyyətləri ilə bağlı müraciətlərə operativ və kollegial qaydada baxılmasının təmin edilməsi məqsədilə yaradılmış komissiyanın 2021-ci il 8 sentyabr tarixində keçirilən iclasında ümumilikdə 55 müraciətə baxılıb. 

Nəticədə müraciət əsasında idxal olunan 51 bioloji fəallığa malik qida əlavəsi sertifikatlaşdırılıb, 4 bioloji fəallığa malik qida əlavəsinin isə sertifikatlaşdırılmasından imtina edilib. Bu Repastab, Renoles, Anfolak, Hepacar Forte adları ilə yerli bazara təqdim ediləcək qida əlavələri olub.

Qeyd edilən qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina olunmuş bioloji fəallığa malik qida əlavələri qablaşdırmalarında və istifadə təlimatının tərtibatında uyğunsuzluq aşkar edilib və bu səbəbdən yerli bazara çıxarılmasına qadağa qoyulub. Onuda bildirməliyik ki, Hepacar Forte xroniki hepatit, xolangit, qaraciyər sirrozu, qaraciyərin piy distrofiyası kimi xəstəliklərin müalicəsi üçün nəzərdə tutulduğu qeyd edilir və yerli apteklərdə bir müddət öncə açıq satışda olub.

Adı çəkilən bioloji fəallığa malik qida əlavələri AYAN MMC, Pharm Line MMC və bir nəfər fərdi sahibkar tərəfindən sertifikasiyaya təqdim edilib.

Agentlik bir daha bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərini fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma