Peşə təhsil müəssisəsinə qəbul olanlar necə qeydiyyatdan keçə bilərirlər?

Təhsil Nazirliyi peşə təhsili müəssisələrinə II mərhələdə qəbul olunan tələbələrin qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısını açıqlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsində uğur qazanan namizədlər 13 sentyabr saat 18:00-dək tələb olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Tələb olunan sənədlər aşağıdakılardır:

  • Attestatın əsli;
  • Sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;
  • Sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;
  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;
  • Hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
  • Güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

Qeyd edək ki, müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma