Yeni 18 ali tibb ixtisası üzrə imtahanlar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarında edilmiş dəyişikliyə əsasən 18 yeni ali tibb ixtisası əlavə olunub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, həmin dəyişikliklər 15 sentyabr 2019-cu il tarixindən qüvvəyə minir.

Yeni ali tibb ixtisası siyahısına Ailə təbabəti, Nüvə təbabəti, Endodontiya, Parodontologiya, Restorativ stomatologiya, Ortopedik stomatologiya, Uşaq stomatologiyası, Ortodontiya, Uşaq və yeniyetmə psixiatriyası, Neonatologiya, Uşaq endokrinologiyası, Uşaq kardiologiyası, Uşaq nefrologiyası, Uşaq nevrologiyası, Uşaq qastroenterologiyası, Uşaq urologiyası, Uşaq yoluxucu xəstəliklər, Uşaq ürək-damar cərrahiyyəsi daxildir.

Sertifikasiya Komissiyasında yeni 18 ali tibb ixtisas üzrə imtahanlarının keçirilməsi üçün hazırlıq gedir.

Səhiyyə Nazirliyinin 02 iyul 2021-ci il tarixli protokoluna əsaslanaraq, ali təhsil pilləsində (baza ali) tibb təhsilini bitirən (yanı internatura və ya rezidenturası olmayan) şəxslərin üçün müvafiq olaraq müalicə işi (tibb), pediatriya (baza), tibbi profilaktika (ictimai səhiyyə) və stomatologiya (baza) ixtisaslar üzrə imtahanların keçirilməsi planlaşdırılır.

Sertifikasiya Komissiyasında daha bir yenilik var. Şüa diaqnostikası ixtisası üzrə keçirilən imtahanlarında dəyişiklik olacaq.

Şüa diaqnostikası üzrə həkimlərin fərqli cihazlarda çalışdıqlarını nəzərə alaraq, həmin həkimlərin imtahanları fərqli formatda keçiriləcək. İmtahanda verilən sualların əsas hissisə çalışdığı cihaz üzrə, dəyər suallar isə ümumi şüa diaqnostikası ixtisası üzrə olacaq.

Sertifikasiya Komissiyasında imtahana hazırlıq təlimləri və sınaq imtahanları keçirilir.

Sertifikasiya komissiyası Azərbaycan Respublikası Nazirlər kabinetinin 08-06-2010-cu ildə 108-ci qərarı əsasında yaradılıb. 05 Yanvar 2011-ci il tarixindən Komissiyanın fəaliyyətinə start verilib. İmtahanlar 42 ali və 7 orta tibb ixtisası üzrə keçirilir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma