Qarabağ kitabxanaları üçün kitab toplayan layihəyə start verilib

“Karabakh is Azerbaijan!” Milli Platforması işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyətə başlayacaq kitabxanalarla bağlı yeni layihəyə start verib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Karabakh is Azerbaijan!” Milli Platformasının koordinatoru Bəxtiyar Rəhimov bildirib ki, bütün dünyada “Qarabağ Azərbaycandır!” şüarının təbliğ olunması ilə bağlı müxtəlif layihələr gerçəkləşdirən gənclərimizin yeni addımı həmin kitabxanalar üçün kitabların toplanması ilə bağlıdır. Milli Platformanın təşəbbüsü ilə kitablar könüllü şəkildə toplanacaq və çeşidlənəcək. Daha sonra həmin kitablar işğaldan azad edilmiş rayonlarda açılacaq kitabxanalara hədiyyə ediləcək.

Milli Platformanın qərarına əsasən kitabxanalara hədiyyə olunan kitab sahiblərinin siyahısı tutulacaq və onlar barədə qısa məlumat hazırlanacaq.

Koordinatorun sözlərinə görə, artıq Azərbaycanda, Türkiyədə və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən Milli Platforma fəalları 1000-dən artıq kitab toplayıblar.

Layihəyə https://www.facebook.com/KarabakhIsAzerbaijan1/ üzərindən qoşulmaq olar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma