Tərtər-Suqovuşan yoluna Naftalandan da giriş olacaq

Tərtər-Suqovuşan avtomobil yoluna Naftalan şəhərindən daxil olmaq üçün yeni yol çəkilməyə başlayıb.

Trend-in Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə istinadən verdiyi məlumata əsasən, həmin yol Tərtər-Suqovuşan yolunun ikinci mərhələsi adlandırılır. Hazırda yolun tikintisinə start verilib: “Yolun 22 kilometrlik Talış-Tapqaraqoyunlu-Qaşaltı hissəsi artıq tikilir. Yol gələn il vətəndaşların istifadəsinə veriləcək. Yol Naftalan şəhərinə birləşdiriləcək. Tərtər-Suqovuşan-Talış yoluna həm də Naftalan şəhərindən gəlmək mümkün olacaq.

Xatırladaq ki, Çaylı-Suqovuşan-Talış avtomobil yolu 70-ci illərdə tikilib, 30 il ərzində işğal altında qalmış yol tamamilə sıradan çıxıb.

Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, müharibənin davam etməsinə baxmayaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 28 km olan Tərtər-Çaylı-Suqovuşan -Talış avtomobil yolunun təmir-bərpa işləri ərazi minadan təmizləndikdən sonra çox qısa müddət ərzində, 2 ay ərzində II texniki dərəcəyə uyğun yenidən qurularaq istismara verilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma