Qətərlə iqtisadi əməkdaşlığın inkişafı istiqamətləri müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi ilə görüşüb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, görüşdə Azərbaycan və Qətər arasında əlaqələrin inkişaf etdiyi, qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafında əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Qətər Dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllini dəstəkləməsi yüksək qiymətləndirilir. İqtisadiyyat naziri bildirib ki, ticarət-investisiya əməkdaşlığı Azərbaycan-Qətər tərəfdaşlığının əsas istiqamətlərindəndir.

Ölkələrimizin biznes dairələri arasında fəal işgüzar münasibətlər mövcuddur. İş adamları iqtisadiyyatın müxtəlif sahələri üzrə qarşılıqlı əməkdaşlıq edir, bir sıra Azərbaycan məhsulları Qətər ticarət şəbəkələrində satılır.

Vurğulanıb ki, Qətərdə nəzərdə tutulan Azərbaycan Ticarət Evinin yaradılması, “Investment Roadshow” tədbirinin təşkili, ixrac potensiallı məhsullar barədə məlumat mübadiləsi və digər tədbirlər iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsinə töhfə verəcək.

Görüşdə Azərbaycanın əlverişli biznes mühiti və iqtisadi potensialı barədə məlumat verilib, sənaye zonalarının, Ələt Azad İqtisadi Zonasının logitsika imkanları diqqətə çatdırılıb.

Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində, Qətər şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası və inkişafı ilə bağlı həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğunu vurğulayıb, Azərbaycan-Qətər iqtisadi əməkdaşlığının inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma