Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təqaüd proqramı elan edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) təqaüd proqramı elan edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, layihənin məqsədi İnformasiya Texnologiyalarının müxtəlif istiqamətləri üzrə ölkəmizdə kadrların yetişdirilməsini sürətləndirmək, həmin sahələrdəki mövcud çatışmazlıqları aradan qaldırmaq və bu istiqamətlərin ölkədə inkişafına töhfə verməkdir.

Təqaüd proqramından informasiya texnologiyalarının müvafiq istiqamətləri (bulud həlləri, bulud inzibatçılığı, böyük verilənlər, kibertəhlükəsizlik, avtomatika, elektronika, müxtəlif proqramlaşdırma dilləri, “UI/UX” dizayn və s.) üzrə bilik və bacarıqlarını artırmaq və peşə sahibi olmaq istəyən, eyni zamanda bu bilik və bacarıqları tətbiq etmək üçün şəxsi keyfiyyətlərini inkişaf etdirməyi qarşısına məqsəd qoyan (sahibkarlıq, kommunikasiya, danışıqlar və s.) 6-11-ci sinif şagirdləri, tələbələr və ali təhsilini başa vurmuş şəxslər, yeni ixtisasa yiyələnmək və ya biliklərini dərinləşdirmək istəyən hər kəs yararlana biləcək. Oktyabr ayından kurslara başlayacaq iştirakçıların təhsil haqları nazirlik tərəfindən ödəniləcək.

Proqram dövlət-özəl tərəfdaşlığı əsasında NRYTN-in “Whelp” startapı ilə birgə təsis etdiyi “Code and More” təhsil layihəsi çərçivəsində keçiriləcək.

Bununla yanaşı, layihədə “Tech Academy”, İsrail – Azərbaycan Təlim Mərkəzi və “İKT LAB” Tətbiq və Tədris Mərkəzi təhsil tərəfdaşları və Gənclər Fondu kommunikasiya tərəfdaşı kimi iştirak edir.

Təqaüd proqramında iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir. Bunun üçün LİNKƏ daxil olaraq müvafiq formanı doldurmaq lazımdır.

Məlumat üçün bildirək ki, proqramda yerlər məhdud saydadır. Bu səbəbdən namizədlərə qeydiyyatdan keçmək üçün tələsmək tövsiyə olunur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma