İmmun sertifikatının vaxtı ötənlər vaksinasiyaya dəvət edilirlər

Bu gündən etibarən COVID-19 testi pozitiv çıxan şəxslər vaksinasiya oluna bilərlər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, hazırda “Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.

Son 5 ayda COVID-19 testi pozitiv çıxan şəxslər vaksinasiya oluna bilərlər. Bunun üçün randevu.its.gov.az saytına daxil olaraq koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir.

Qeyd edək ki, “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 aydır.

Əlavə məlumat üçün bildiririk ki, immunitet və peyvənd sertifikatları 24 saat ərzində elektron sistemdə öz əksini tapır.

Leave a Reply