Apellyasiya müsahibələri təşkil olunur

18-26 avqust tarixlərində keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi üçün bu gündən etibarən apellyasiya müsahibələrinə start verilir. 365 namizədin dəvət olunduğu apellyasiya müsahibələri 8-9 sentyabr tarixlərini əhatə edəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, apellyasiya müsahibələri onlayn formatda “Microsoft Teams” platforması üzərindən təşkil olunur. Namizədlər elektron poçt ünvanlarına göndərilən link vasitəsi ilə müsahibələrə qoşulacaqlar.

Qeyd edək ki, müsahibələrdə müsahibə komissiyası kimi yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, məktəb direktorları, diaqnostik qiymətləndirmə imtahanında yüksək nəticə göstərmiş fənn müəllimləri və psixoloqlar iştirak edir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma