Təhsil əyanı formatda təşkil ediləcək – CANLI YAYIM

Təhsil Nazirliyi 2021-2022-ci il tədris ili üzrə orta və ali təhsil müəssisələrində dərslərin təşkili ilə bağlı brifinq keçirir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, brifinqdə təhsil naziri Emin Əmrullayev, təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu iştirak edirlər.

Tədbir çərçivəsində Təhsil naziri ilk növbədə təhsil prosesinin əyani formatda təşkil ediləcəyini, və ilkin mərhələdə sentyabrın 22-də ibtidai siniflərdə əyani dərslər, sentyabrın 29-da isə V-XI siniflərdə dərslər başlayır. Eyni zamanda qeyd edilib ki, artıq müəllimlərin vaksinasiyası prosesi vacib olan 80% yaxınlaşır.

Qeyd edək ki, Azərbaycanda 2020-ci ilin martın 2-də Nazirlər Kabineti tərəfindən COVID-19 infeksiyasına yoluxma halının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə tədrisin, təlim-tərbiyə prosesinin dayandırılması və bununla əlaqədar bütün tədbirlərin təxirə salınması barədə qərar qəbul edilmişdi.

Təhsilin fasiləsizliyini və davamlılığını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən təxirəsalınmadan yeni təşəbbüslərin reallaşdırılmasına başlandı. İlk növbədə əhatə dairəsinə görə ən geniş olan ümumi təhsil pilləsində teledərslərin təşkili ilə bağlı işlərə başlandı. Bu işlərin məntiqi davamı olaraq növbəti addım kimi, aprelin 2-dən “Virtual məktəb” layihəsinə start verildi, ölkənin ən iri milli onlayn platforması şagirdlərin istifadəsinə verildi.

Daha sonra isə epidemioloji vəziyyəti nəzərə alaraq dərslər pandemiya qaydalarına uyğun olaraq həm onlayn, həm də ənənəvi qaydada təşkil edildi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma